AZ

Hindistanda attraksion çöküb, ölən və yaralananlar var

Hindistanın şimalında, Haryana ştatının Faridabad şəhərində keçirilən yarmarkada attraksionun çökməsi nəticəsində azı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 18:15-də Surajkund yarmarkasında baş verib.

Attraksionun çökməsi zamanı digər şəxsləri xilas etməyə çalışan polis müfəttişi həlak olub.

Hadisə nəticəsində xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
37
4
apa.az

5Mənbələr