"Arsenal" İngiltərə Premyer Liqasında 25-ci tur oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Londondakı "Emirates" stadionunda baş tutan matçda “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar.

Hesabı 42-ci dəqiqədə Martin Subimend açıb. Matçda dubla imza atan Viktor Gyökeres isə 66-cı və 90+3-cü dəqiqədə adını tabloya yazdırıb.

Qeyd edək ki, hazırda “Arsenal” 56 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində liderdir. 36 xalı olan “Sanderlend” isə doqquzuncu pillədə qərarlaşıb.