AZ

Yupiter planetinin Yerə ən yaxın olduğu anÇƏKİLDİ

Yanvar ayında bir çoxları Yupiterin qarşıdurmasını müşahidə etdi – bu, Yupiter planetinin Yerə ən yaxın olduğu an idi.

Redaktor.az xəbər verir ki, hazırda Yupiter üfüqdən yüksək qalxır, buna görə atmosferin təsiri ilə daha az deformasiyalar olur.

Europa – Yupiterin peyki (şəkildə sağda, solğun narıncı rəngdə bir nöqtə) buzla örtülü dünyadır və buz qatının altında okean yerləşir" - məlumatda deyilir.

Europa peyki, Günəş sistemi daxilində Yerdən başqa həyat üçün ən əsas namizəd sayılır. Peykin səthi gəncdir, çatlar və uzun xətlərlə örtülüdür. 20 km qalınlığında buzun altında 100 km dərinliyində okean var. Bəzən kosmosa su geizerləri atır.

Şəkil Celestron 9.25 teleskopu və ASI678MC kamerası ilə çəkilib.

Xədicə BAXIŞLI

Seçilən
21
1
redaktor.az

2Mənbələr