AZ

Bakıda kafenin tualetindən meyit TAPILDI

Bakıda fəaliyyət göstərən kafelərdən birinin tualetində kişi cəsədi aşkar edilib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, sözügedən hadisə paytaxtın Nizami rayonu ərazisində, Bəhruz Nuriyev küçəsindəki iaşə obyektlərindən birində baş verib.

Hadisə yerinə baxış zamanı sanitar qovşaqda Abşeron rayonunda qeydiyyatda olan 51 yaşlı N.Namazovun cansız bədəni tapılıb.

İlkin ehtimallara əsasən, həmin şəxsin ürək çatışmazlığı səbəbindən həyatını itirdiyi qeyd olunur.

Faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Bizim.Media

Seçilən
7
11
bizim.media

10Mənbələr