AZ

Çin narazıdır, Trampın səfəri təhlükədə...

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı ABŞ Prezidenti Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri qeyri-müəyyənliklə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ABŞ-ın Tayvana yeni silah satışı Çinin narazılığına səbəb olub və Prezident Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri təhlükə altında qala bilər.

Agentlik bildirib ki, silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə ediləcək. Silahlara “Patriot” və NASAMS raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biridir.

Hələlik ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.

Qeyd edək ki, fevralın 4-də Çin sədri Si Szinpinin ABŞ Prezidenti Donald Trampla telefon danışığı olub. Çinlə ticarət, nadir torpaq elementləri, Tayvan və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışan Donald Tramp aprel ayında Çinə səfər edəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
5
axar.az

6Mənbələr