AZ

Duran Qətərdə Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesindən danışdı



"Türkiyə bu yeni dövrdə regionun sülh və təhlükəsizlik sahəsində qlobal sabitliyə töhfə verməsini təmin etmək üçün bir sıra konkret addımlar atıb və regiondakı bütün ölkələri bu ortaq məsuliyyəti bölüşməyə dəvət edib".

Newscenter.az xəbər verir ki, bunları Qətərin paytaxtı Dohada keçirilən 17-ci Əl-Cəzirə Forumunun açılışında çıxış edən Türkiyə Prezidentinin İnformasiya İdarəsinin rəhbəri Burhanəddin Duran deyib.

O bildirib ki, bölgəmizdəki bütün mübahisələri və fikir ayrılıqlarını dialoq və diplomatiya yolu ilə həll etmək üçün lazımi mexanizmlər yaratmaq üçün əhəmiyyətli təşəbbüslər irəli sürmüşük:

"Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesindən Somali və Efiopiya arasındakı münasibətlərə, Ukrayna ilə Rusiya arasında Taxıl Dəhlizi Sazişinə və Türkiyənin son İran böhranındakı roluna qədər müxtəlif nümunələrə istinad edə bilərik".

Süleyman
Seçilən
24
newscenter.az

1Mənbələr