AZ

Güllələnən müəllimənin atası: "Boynundan 16 qırma çıxarıldı"

Bakının "İdrak" liseyində 10-cu sinif şagirdinin silahlı hücumuna məruz qalan riyaziyyat müəlliməsi Şəhla Kamilovanın atası Fəqani Kamilov AzTV telekanalına danışıb.

Publika.az xəbər verir ki, zərərçəkənin atası açıqlamasında bildirib ki, qızının səhhəti hazırda stabildir və o, yaxın vaxtlarda palataya yerləşdiriləcək.

Eyni zamanda cərrahi müdaxilənin uğurlu alındığını vurğulayan F.Kamilov qızının boyun nahiyəsindən 16 qırmanın çıxarıldığını deyib.

"Sosial şəbəkədə bilib-bilmədən, nə gəldi yazırlar. Hadisə ilə bağlı prokurorluq rəsmi olaraq açıqlama verəcək", - deyə F.Kamilov qeyd edib.

Seçilən
19
3
publika.az

4Mənbələr