1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq KTM-dən məlumat verilib.
Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
***
12:32
"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.