AZ

Bakıda sayğac fırıldağı

Bakı şəhərində vətəndaşlara özünü "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı olaraq tanıdan və dələduzluq yolu ilə onların etibarından sui-istifadə edən şəxs barəsində cinayət işi başlanıb.

Publika.az lent.az-a istinadla xəbər verir ki, Sabirabad rayonundan olan 49 yaşlı Rüstəm Nəzərov qeyd olunan qurumda çalışdığını bildirərək, Abşeron rayonunun Məhəmmədli kəndində yeni inşa edilən mənzillərə qaz sayğaclarının quraşdırılmasını vəd edib.

Onun yalanlarına inanan zərərçəkmiş şəxslər Rüstəmə ümumi məbləği 6 400 manat təşkil edən vəsait ödəyiblər. Lakin R.Nəzərov sözügedən evlərə sayğac quraşdırılması üçün lazımi işləri görməyib və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına sərf edib.

Aldadılmış vətəndaşların şikayətləri nəticəsində R.Nəzərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Seçilən
7
11
publika.az

10Mənbələr