AZ

Qırğızıstan prezidenti xizək sürdü

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

İssık-Kul bölgəsinə işgüzar səfəri çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov ən böyük beynəlxalq kripto birjası Binance-ın təsisçisi Çanpenq Zhaonu ölkənin turizm imkanları ilə tanış edib.Newscenter.az Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, dövlət başçısı Karakol xizək kurortunun infrastrukturuna birgə tur zamanı bölgənin turizm perspektivlərinə xüsusi diqqət yetirib.O, xizək klasterlərinin inkişafının İssık-Kul bölgəsini beynəlxalq turizm mərkəzinə çevirə biləcək strateji prioritet olduğunu qeyd edib və Ala-Too Kurort klasterinin tikintisinin davam etdiyini diqqətə çatdırıb.Sadır Japarov və Çanpenq Zhao kompleksin ən yüksək nöqtələrindən birinə qalxıblar.Çanpenq Zhao xidmət səviyyəsini yüksək qiymətləndirib və bölgənin aparıcı Avropa kurortları ilə rəqabət aparmaq üçün hər cür imkana malik olduğunu qeyd edib.Sadır Japarov və Binance şirkətinin təsisçisi Çanpenq Zhao qeyri-rəsmi şəraitdə infrastruktur layihələrini müzakirə ediblər.Görüş çay süfrəsi ilə başa çatıb. Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
newscenter.az

2Mənbələr