AZ

Borc istədiyi tanışını parkda talayan şəxs saxlanıldı

BAKI, 7 fevral. TELEQRAF

Ötən gün Nəsimi rayonunda bir nəfər polisə müraciət edərək parkların birində tanışı tərəfindən ona fiziki zor tətbiq edilərək 106 manat və mobil telefonunun talandığını bildirib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı Z.Tağıyevin zərərçəkəndən əvvəlcə borc pul istədiyi, sonuncunun bundan imtina etməsindən sonra isə qeyd edilən hadisəni törətdiyi məlum olub.

Araşdırma aparılır.

Seçilən
15
7
teleqraf.com

10Mənbələr