Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Mançester Yunayted" qapılarını Ronaldonun üzünə bağladı
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oyunları boykot edən Kriştiano Ronaldonun sabiq komandasına qayıtmaq ehtimalı gündəmə gəlib.
QOL.az "The I paper"ə istinadən xəbər verir ki, İngiltərə nəhəngi "Mançester Yunayted" 41 yaşlı superulduzu geri qaytarmaq fikrində deyil.
Məlumata görə, "qırmızı şeytanlar" portuqaliyalı hücumçunun üçüncü dəfə "Old Trafford"a keçidində maraqlı deyillər. Hazırkı klubundakı vəziyyətindən narazı olan və oyunlara çıxmaqdan imtina edən Ronaldonun başqa variantlar axtardığı qeyd olunur.
Xatırladaq ki, 5 qat "Qızıl top" sahibi 2003-2009 və 2021-2022-ci illərdə "Mançester Yunayted"in formasını geyinib. 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edən futbolçunun müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.