AZ

Tofiq Tağızadə: Azərbaycan kinematoqrafiyasının unudulmaz imzası

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fevralın 7-si Azərbaycan kinematoqrafiyasının parlaq simalarından biri, Xalq artisti, Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor, ssenarist və aktyor Tofiq Tağızadənin dünyaya gəldiyi gündür.

Oxu.Az xatırladır ki, sənətkar 1919-cu il fevralın 7-də Bakı şəhərində anadan olub.

1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini tamamlayan T.Tağızadə "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb. O, burada çoxsaylı ekran əsərlərinə quruluş verib və səmərəli fəaliyyətinə görə "Azərbaycanın Xalq artisti" fəxri adına layiq görülüb.

Həmçinin sənətkar "Azərbaycanfilm" kinostudiyasında mövcud olan "Kinoaktyor" teatr studiyasına bədii rəhbərlik edib.

O, Üzeyir Hacıbəyovun məşhur musiqili komediyasının motivləri əsasında 1965-ci ildə ekranlaşdırılan rəngli və genişformatlı "Arşın mal alan" filminin quruluşçu rejissoru kimi tanınır. "Yeddi oğul istərəm" lenti ilə bağlı müəyyən ziddiyyətli məqamlara baxmayaraq, rejissor bu əsəri siyasi çalarla yükləməkdən çəkinərək, hadisələri fərqli rakursdan təqdim etməyi bacarıb.

Görkəmli kinoxadim 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

Dövlət başçısı İlham Əliyev 2019-cu il yanvarın 24-də Tofiq Tağızadənin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi barədə sərəncam imzalayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr