AZ

Zelenski: “Ukrayna Krımın tanınmasını qəbul etməyəcək”

 “Rusiya ABŞ-dən Krımı Rusiya ərazisi kimi tanımağı tələb edir, lakin Ukrayna bu mövqeni qəti şəkildə rədd edir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, Moskva Vaşinqtona bu istiqamətdə siqnallar göndərir, eyni zamanda Ukraynanın və Avropanın bunu qəbul etməyəcəyini anlayır.

“Rusiya Amerikaya mesaj verir: Krımı tanıyın. Amma Ukrayna bunu tanımır və tanımayacaq. Hətta bu müharibədə bizim tərəfdarımız olmayan ölkələr də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Çünki başa düşürlər ki, bu gün bizə edilən güzəşt sabah onların öz əraziləri üçün risk yarada bilər”, – deyə Zelenski vurğulayıb.

Ukrayna Prezidenti qeyd edib ki, müharibənin sona çatması yalnız ədalətli və etibarlı razılaşma əsasında mümkündür:

“Biz istəyirik ki, müharibə elə bitsin ki, təcavüzkara mükafat verilməsin və yeni müharibə riskləri yaranmasın. Əgər kimsə Ukrayna Konstitusiyasına və qanunlarına zidd qərarlar qəbul etmək istəyirsə, biz belə razılaşmaları dəstəkləməyəcəyik”.

Zelenski bir daha bildirib ki, Ukrayna öz ərazi bütövlüyündən imtina etməyəcək və beynəlxalq hüquqa əsaslanan sülhün tərəfdarıdır.

Aliyə

Seçilən
30
50
nocomment.az

10Mənbələr