AZ

Ronaldu boykot etdi: Klubu külli miqdarda ziyana düşdü

ABŞ-nin "FOX Sports" teleşirkəti portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldunun "Ən-Nəsr" oyunlarını boykot etməsi fonunda Səudiyyə Ərəbistanı çempionatının oyunlarının yayımını dayandırmaq qərarına gəlib.

Bu barədə "Speedline" portalı məlumat yayəb.

Məlumata görə, liqa bu qərar səbəbindən özünün qlobal media və kommersiya layihələri ilə bağlı artıq 2.4 milyard dollar zərər görüb. Qeyd edilir ki, "FOX Sports" Səudiyyə Ərəbistanı çempionatının yayımından imtina edən ilk böyük beynəlxalq teleşirkət olub.

Qeyd edək ki, Ronaldu "Ən-Nəsr"in son iki oyununu buraxıb. Daha əvvəl Portuqaliyanın "A Bola" qəzeti futbolçunun oyunu boykot etməsi ehtimalı barədə yazmışdı. Mənbənin məlumatına görə, Ronaldu Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun klubu idarə etmə tərzindən narazıdır, xüsusən də eyni təşkilat tərəfindən idarə olunan rəqiblərlə müqayisədə. Hücumçu hesab edir ki, komanda transfer pəncərəsi zamanı kifayət qədər gücləndirilməyib.
Seçilən
10
1
7news.az

2Mənbələr