AZ

“Xatirələr sahilində” filminin nümayişi keçirildi - FOTOLAR

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin keçirdiyi 2025-ci il üzrə filmlərə dəstək müsabiqəsində postprodakşn mərhələsi üzrə dəstək almış “Xatirələr sahilində” sənədli filminin nümayişi fevralın 6-da Nizami Kino Mərkəzində keçirilib.



Film Azərbaycan sənədli kinosunun formalaşmasında mühüm xidmətləri olan Xalq artisti, kinorejissor  Yalçın Əfəndiyevin yaradıcılıq yoluna və sənət irsinə həsr olunub.

AzərNyuMedia tərəfindən istehsal olunan ekran işinin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımovdur. Filmin təsvir rejissorları Rafiq Əliyev və Arif Zeynalov, bəstəkarı isə Yaşar Baxışdır.


Tədbirdə çıxış edən mədəniyyət nümayəndələri Yalçın Əfəndiyevin milli kinematoqrafiyaya verdiyi töhfələri vurğulayıblar. Daha sonra sənədli film nümayiş etdirilib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Seçilən
5
2
manset.az

3Mənbələr