Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Vladimir Alekseyevə sui-qəsd təşkil edən şəxs saxlanılıb.
News365.az Globalinfo.az-a istinadla xəbər verir ki, ötən gün generala atəş açaraq qaçan sui-qəsdçi Dubayda saxlanılıb.
Həmin şəxsin muzdlu qatil olduğu bildirilir. Məlumata görə, hazırda o, Moskvaya köçürülür.
Qeyd edək ki, generalın sağ olduğu, huşunun yerinə gəldiyi açıqlanıb.