AZ

3 kiloqramdan çox narkotik aşkarlandı

Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işləri başlanılıb. R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

 

Seçilən
12
22
news365.az

10Mənbələr