"İnter" amerikalı yarımmüdafiəçi Veston Makkenni ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçunun "Yuventus"la müqaviləsi bu yay başa çatır.

Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Makkenni 2020-ci ildən "Yuventus"da çıxış edir. O, cari mövsüm 32 oyunda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.