Çağdaş Atan ilə yollarını ayıran ''Konyaspor''un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Klubun məşqçisiz günləri çox çəkməyib. İstefadan bir gün sonra danışıqlar üçün İlhan Palutu Konyaya dəvət edən rəhbərlik bu məşqçi ilə anlaşmağa müvəffəq olub. 49 yaşlı mütəxəssis ilə ilyarımlıq müqavilə imzalanıb. Bu, Palutun Konya klubundakı ikinci dönəmi olacaq.
O, daha öncə 2021-23-cü illərdə ''ağ-yaşıllar''ı çalışdırıb. 2023-ün yanvarın 17-də bu klubdan ayrılan Palut beləcə 1116 gündən sonra geri dönüb.
Onun ilk dönəmində ''Konyaspor'' 81 rəsmi oyuna çıxmış və orta hesabla hər oyuna 1,64 xal toplamışdı. Daha öncə ''Hatayspor'' və ''Göztəpə''də də işləmiş Palut bu mövsümə ''Çaykur Rizəspor''da başlamış, noyabrın 29-da istefa vermişdi.
Göründüyü kimi onun işsiz günləri cəmi 69 gün çəkib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta