AZ

“Sabah”ın hücujmçusu Avropada yalnız 4 nəfərdən geri qalır

“Sabah”ın hücumçusu Velko Şimiç cari mövsüm Avropanın yüksək liqalarında ən çox qol vuran 5 serbiyalı futbolçudan biridir.

31 yaşlı oyunçu Misli Premyer Liqasında 9 qol vurmaqla buna nail olub.

Şimiç son olaraq 18-ci turda “Zirə” üzərində 3:1 hesablı qələbəyə bir qolla töhfə verib.

Hazırda çempionatımızın şərikli bombardiri olan hücumçu “Latsio”lu Petar Ratkov və “Jezero”lu Corce Maksimoviçlə eyni göstəriciyə malikdir.

Şimiç hazırda Avropada çıxış edən həmyerliləri arasında yalnız 4 nəfərdən geri qalır. “Srvena Zvezda”nın yarımmüdafiəçisi Aleksandar Katai hazırda “köhnə dünya”nın ən məhsuldar serbiyalısıdır.

Onun aktivində 15 qol var. Ötən ay “Ştutqart”dan “Verder”ə icarəyə verilən Yovan Miloşeviç rəqib qapılarına 13 dəfə yol tapıb. Luka Yoviç (AEK) 12, Slobodan Tediç (“Çukariçki”) isə 11 qola imza atıb.

Velko Şimiçin “Sabah”dakı komanda yoldaşı Cey-Lens Mikelsin də aktivində 9 qol var. O isə Avropada cari mövsümün ən məhsuldar ikinci almaniyalı oyunçusudur.

Bu baxımdan zirvədə 11 topla “Ştutqart”ın Türkiyə əsilli hücumçusu Deniz Undav qərarlaşır. “Araz-Naxçıvan”ın alman forvardı Ba-Muaka Simakala isə aktivindəki 7 qolla siyahının ilk “10-luğ”unu tamamlayır.

Seçilən
20
sportinfo.az

1Mənbələr