AZ

"Teleqraf"ın 14 yaşı tamam olur

Bu gün "Teleqraf" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 14 il ötür.

"Report" xəbər verir ki, "Teleqraf" informasiya agentliyi olaraq 2025-ci il fevralın 7-də 2012-ci ildə fəaliyyətə başlamış "Gündəlik Teleqraf qəzeti və Teleqraf.com xəbər portalının bazasında yaradılıb.

"Teleqraf" Azərbaycanda bütün sahələrdə və mövzularda baş verən hadisələri obyektiv, dəqiq və peşəkar formada işıqlandırmağa çalışır.

Agentlik həmçinin Cənubi Qafqazda və dünyada cərəyan edən prosesləri diqqətdə saxlayır, operativ xəbərlər yayır, mühüm hadisələrlə bağlı analitik məqalələr, şərhlər və təhlillər dərc edir.

"Report" İnformasiya Agentliyinin kollektivi "Teleqraf"da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!

Seçilən
12
far.az

1Mənbələr