AZ

“İran hesab edir ki, ABŞ la müharibə baş versə, uduzacaq” ŞƏRH

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Omanın paytaxtı Məsqət şəhərində ABŞ və İran arasında nüvə danışıqlar keçirilib.

Omanın vasitəçiliyi ilə baş tutan danışıqlarda İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Steven Uitkoff rəhbərlik edib.

İran və ABŞ danışıqların başqa bir vaxtda davam etdirilməsi barədə razılığa gəlib.

Gununsesi.info-ya danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə vurğulayıb ki, Omanda keçirilən ABŞ-İran danışıqları nəticəsiz olub:

“İran nüvənin zənginləşdirməkdən imtina etmədiyini elan edib. Görünür, İran vaxt qazanır və Çinin diktəsi ilə danışıqlar prosesini manipulyasiya edir”.

Siyasi şərhçinin fikrincə, İran prezidenti M. Pezeşkiana səlahiyyətlər verilərsə, danışıqlar İstanbulda keçirilib, ciddi razılaşmalar əldə edilə bilərdi:

“İranin Ali dini rəhbəri Ə. Xamenei güzəştə getmir.  Təbii ki, ABŞ İranda siyasi-idarəetmə  sistem qura bilməz.  İran hesab edir ki, ABŞ-la müharibə baş versə, uduzacaq”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
icma.az

1Mənbələr