Çinin şimalındakı Şansi əyalətində biotexnologiya müəssisəsində baş verən partlayış nəticəsində beş nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Partlayış bu gün səhər saatlarında "Tszyapen" biotexnologiya şirkətinin müəssisəsində baş verib.
"Xilasedicilər dağıntıların altından beş işçinin meyitini aşkar ediblər", - məlumatda bildirilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.