AZ

MKE WDS-2026 sərgisində beynəlxalq əməkdaşlıqlarını genişləndirməyi hədəfləyir

Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək “World Defense Show 2026” (WDS-2026) sərgisində müdafiə sənayesindəki mühəndislik gücünü və sistem inkişaf etdirmə qabiliyyətlərini beynəlxalq ictimaiyyətə təqdim edəcək.

MKE-dən “Poliqon”a verilən məlumata görə, şirkət geniş məhsul portfeli ilə WDS-2026 sərgisində iştirak edəcək.

Sərgi çərçivəsində, xüsusilə son dövrdə Qətər və Misirə ixracı həyata keçirilən MKE TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemi başda olmaqla, PİRANA kamikadze insansız dəniz aparatı (İDA) və 105 mm-lik BORAN yüngül haubitsası nümayiş olunacaq.

WDS-2026 sərgisində MKE-nin, başda Yaxın Şərq olmaqla müxtəlif regionlardan olan müdafiə qurumları və sənaye nümayəndələri ilə çoxsaylı yeni əməkdaşlıq və ixrac yönümlü görüşlər keçirməsi planlaşdırılır. Şirkət sərgi vasitəsilə beynəlxalq əməkdaşlıqlarını gücləndirməyi, yeni bazarlara çıxışı artırmağı və müdafiə sənayesindəki strateji mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

Seçilən
1
1
poliqon.az

2Mənbələr