Dünən İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan nümayəndə heyətinin parad zamanı tamaşaçılar önündən 92 ölkə arasında 11-ci keçib. Parad ənənəyə uyğun olaraq, Yunanıstanla başlayıb, ev sahibləri italiyalılar isə mərasimin sonunda arenaya daxil olublar.
Bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb. “San Siro” stadionunda təşkil olunan mərasimdən sonra Oyunlar rəsmən açıq elan olunub.
Ölkəmizi təmsil edən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom (giant slalom), 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 6-dan 26-dək, Paralimpiya Oyunları isə martın 6-dan 15-dək təşkil olunacaq.
Xatırladaq ki, Olimpiya Oyunları fevralın 4-də körlinq yarışları ilə start götürüb.
Qabil YUSİFOĞLU
XQ