Ehtiram Quliyev “Turan Tovuz”da rəhbər postuna gələndən dərhal sonra bəyan etdi ki, komandanın əvvəlki adına qayıtması üçün əlindən gələni edəcək.
Klub addəyişmə ilə bağlı ilk mesajı bazanın üzərində “Turan Tovuz” yox, “Turan” yazanda vermişdi. Mövsüm başlamamış klubla əlaqə saxlayırdıq, bildirirdilər ki, mövsümün əvvəlində “Turan” olmaq ehtimalı var. Amma mövsüm başladı, ilk dövrə, qış fasiləsi arxada qaldı, amma hələ də meydanda “Turan” yox, “Turan Tovuz” görürük. Klub bu işlə aylardı ciddi şəkildə məşğul olsa da, həll edə bilmir. Problemin Ədliyyə Nazirliyi ilə bağlı olduğunu düşünürdülər, amma bəlli olub ki, bu işdə kluba AFFA da yardım etməlidi. Çünki klubun təsisçisi AFFA-dı.
Bəli, düz oxuduz, AFFA-dı. Klub ictimai birlik kimi 2015-ci ildə yarananda AFFA tərəfdən təsis edilib. Bununla bağlı informasiyanı bizə “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev verdi.
Əldə etdiyimiz məlumata görə, bu gün klub rəsmiləri ilə AFFA arasında görüş olacaq. AFFA xeyir-dua verəndən sonra da Ədliyyə Nazirliyi məsələyə baxacaq. İndiki vəziyyətdə görünən mənzərə budu ki, “Turan Tovuz”un mövsümün sonuna qədər adını dəyişməsi çətin olacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta