AZ

Tanrıya alternativ cənnət yaradan insan VİDEO

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yeni yayımlanan “Yazıçı Postu” layihəsinin yazılı variantını təqdim edir.

Epşteyn... Ədəbiyyat... Kino...

- Biz 2005-2006-cı illərdə “Kino+” qəzetini buraxan vaxt Maykl Ceksonun adı pedafiliyada hallanırdı, dünya mətbuatında çoxlu materiallar gedirdi. Mənə çox qəribə gəlirdi ki, o boyda sənətkar bu cür işlərlə məşğuldur. İndi biz onun fotolarını Epşteynlə bir yerdə görürük.

Epşteyn söhbəti də əslində 20 ildir davam edir. İndi isə interneti açırsan, bütün dillərdə, bütün resurlarda ancaq bu mövzudan bəhs olunur. Doğrudan da bu hadisə dünyanın gündəminə bomba kimi düşüb. Mən detallara çox varmaq istəmirəm, ancaq məslənin başqa bir tərəfinə diqqət yönəltmək istəyirəm. Epşteynin “Boinq” təyyarəsinə “Lolita Ekspress” deyirdilər. “Lolita” bildiyiniz kimi, böyük rus yazıçı Vladimir Nabokovun məşhur romanıdır. Burada da pedofiliyadan bəhs olunur. Ancaq əsər pdofiliya haqqında deyil. Müəllif özü həmişə deyirdi ki, xahiş edirəm, “Lolitan”ı əxlaq haqqında əsər kimi oxuyun. Romanda professor Humdert evlənəndən sonra öz qızlığı ilə eşq yaşayır və qız hələ həddi-buluğa çatmamışdı... Bu məsələyə görə o romana Amerikada qadağa qoyulmuşdu. Çox maaqlıdır, pedofilliyə bir yazıçının təxəyyülündə belə icazə verməyən ABŞ o boyda Epşteyn hadisələrinə göz yumub, yaxud onu bilməyib və ya dırnaqarası bilməyib. Əslində, mətbat və ictimaiyyət Epşteynin nə işlə məşğul olduğunu bildiyinə görə onun təyyarəsinə “Lolita Express” adını verib.

Çox maraqlıdır, bu məsələdə rejissor Stenli Kubrikin də adı hallanır. Stenli Kubrik isə “Lolita” əsərini filmə çəkən ilk rejissordur. Eyni zamnada, o, avstriya yazıçısı Artur Şinslerin “Yuxu haqqında novella” əsəri əsasında “Tamam qapalı gözlərlə” filmini çəkib. Kubrik bu filmdə Epşteyn hadisələrini altı-yeddi il əvvəldən bir antiutopiya kimi göstərir və indi mütəxəssislər real hadisə ilə film arasında çoxsaylı paralellər aparırlar. Həmin filmin dar dairədə nümayişindən altı gün sonra Stenli Kubrik müəmmalı şəkildə ölür. Epşteyn özü də həbsxanada müəmmalı şəkildə öldü. Adını intihar qoydular. Kubrikin isə ürək tutmasındna dünyasını dəyişdiyini bəyan etdilər. Sadəcə bu sənətkarlarla Epşteyn arasında bir fərq var: sənətkarlar hadisələrə ilahi tərədən yanaşıb sos siqnalı veriblər, Epşteyn isə şeytani tərəfədən yanaşıb hadisələri təşkil edib və özü də iştirakçısı olub.

Epşteyn adası haqqında öyrənəndə mənə belə gəldi ki, o, Tanrıya alternativ bir cənnət yaramaq istəyib. Səmavi kitablarda da kişilərə hurilər hədiyyə olunur. Epşteyn Tanrıdan qabağa düşərək öz hədiyyələrini təqdim edir. Lakin Tanrı öz ədaləti ilə seçir bu adamları, Epşteyn üçün isə bircə ölçü var – pul və var-dövlət... Ən dəhşətlisi, bu hədiyyələrin çoxu azyaşlıdır.

Bu xəmir çox su aparacaq. Uzun müddət araşdırılacaq. Söhbət 3 milyon səhifəlik bir işdən gedir. Təkcə azyaşlılara qarşı törədilən zorakılıq faktları deyil, çox mətləblər açılacaq orda. Məsələn, İngiltərənin dövlət sirlərini Epşteynə ötürən bir lord öz kreslosundan istefa verdi. Çoxlu istefalar gözlənilir. Ümumiyyətlə, aləm bir-birinə dəyib. Epşteyn adası bu dəqiqə dünyanın episentridir, dünyanın ürəyi sanki orda döyünür, hər kəsin gözü ordadır.

Epşteyn göstərdi ki, bizim dünya elə də etibarlı bir dünya deyil. Beynəlxalq qanunlar, demokratiyadan, şəffaflıqdan danışan ölkələr göründüyü kimi deyillər. Pulla, bahalı hədiyyələrlə qanunları susdurmaq mümkündür. Ancaq azad mətbuatı əsla. Cəmiyyəti əsla. Bu işi də mətbuat açdı, cəmiyyət reaksiya verdi, Amerikanın Ali Məhkəməsi isə lazım olan addımı atmaq qərarına gəldi. Hətta bəzi mütəxəssislərin fikrincə, Amerika ölkəsi burada bir qurban rolundadır. Ancaq mən düşünmürəm ki, Səddam Hüseyni tülkü deşiyində, Qəddafini kanalizasiyada tapan Amerika kəşfiyyatı, o boyda adada baş verənləri görmürdü və bilmirdi. Tək Amerika deyil, ingilis, İsrail, rus kəşfiyytı da orda nələr baş verdiyini görürdü. Çünki dünyanı idarə edən bəzi çəxslər bu adanın daimi qonaqları idilər. Bir daha ekzistensialların məntiqinə gəlib-çıxırıq: insan bu dünyada yiyəsizdir. Məni də narahat edən bu qədər qız uşaqlarının yiyəsizliyidir. Qızları adətən iki üsulla ələ keçirirdilər: ya iş adı ilə aldadırdılar, ya da satın alırdılar. Hər iki hala səbəb yoxsulluqdur.

Folknerin, Tolstoyon, Nabokovun, Kubrikin nə qədər sos siqnalları verilsə də, bəşəriyyət gəlib yaxşı bir yerə çıxa bilmədi. Bəşəriyyət hələ də ağıllanmayıb.

Nüvə silahı nəzarətdən çıxdı...

– İkinci mövzu gələndə içimdən belə bir hiss keçdi ki, Epşteyn adası olan bir dünya dağılsa yaxşıdır. Ancaq bir az təmkinlə düşünəndə görürsən, biz başqa bir böyük fəlakətlə də üz-üzəyik. Bu ayın 5-də Rusiya ilə Amerika arasında nüvə silahını məhdudlaşdıran müqavilə yenidən imzalanmalı idi, imzalanmadı. Bildiyiniz kimi, bu müqavilə zaman-zaman təzələnir və nüvə istehsalı tənzimlənir. Tərəflər bir-biri günahlandırır. Kreml açıqlama verib ki, biz müqaviləni uzatmağa çalışırdıq, Amerika məsələyə laqeyd yanaşdı. Söhbət nədən gedir: nüvə silahı kontroldan çıxır. Artıq indən belə kimin nə qədər istehsal etməsi, bu işə nə qədər vəsait ayırması qeyri-şəffaf olacaq. Onsuz da mətbuatda gedən rəqəmlərə inanmaq çətindir. Çünki bu hesabatlar heç vaxt dəqq verilmir. Bircə o aydındır ki, təkcə Rusiyanın nüvə başlıqları Yer kürəsini dağıtmaq gücündədir. Belə bir vəziyyətdə bu silahın nəzarətdən çıxması çox dəhşətli bir hadisədir. İllah da həmin dövrdə ki, Ukraynada müharibə gedir. İranla gərginlik son həddə çatıb. Elə bu gərginliyin səbəbi də nüvənin zənginləşdirilməsidir. Mən təəssüf edirəm, sənət belə məslələrin qarşısında acizdir. Onun əlindən heç nə gəlmir. Yadımdadır, Məmməd Arazın bir şeiri vardı:

Körpü yarada billik

Yerlə Mars arasında

Müharibə olmasa...

Bayaq qeyd etdiyimiz Epşteyn məsələsində olduğu kimi yoxsulluqdan, kasıblıqdan istismara məruz qalan yüz minlərlə qız uşağının yaşadığı dünyada nüvə silahlarına milyardlar xərclənir. Bir gün isə bu iş nəzarətdən çıxır və dünyanın taleyi – 8 milyard insanın taleyi hansısa siyasi liderin kaprizindən asılı olur

Şagir müəllimini güllələdi...

– Bu hadisə artıq metastaz verən Azərbaycan təhsilinin təzahürlərindən biridir. Xəstəliyin təzahürü var də: səpmələr olur, ürəkbulanma olur, qızdırma olur... Eyni zamanda, nəticədir. Çoxlu səbəblər gətirib belə hadisələrə çıxarır. Müəllimin hörmətdən düşməsi, şagirdlərin kitabdan uzaq qalması, məktəbin kriminal bir əraziyə dönməsi, hazırlıq prosesinin gərgin bir akta çevrilməsi... Şagirdi məktəb sıxır, valideyn sıxır, hazırlıq kursları sıxır. Təbii, cinayət törədən yeniyetməyə haqq qazandırmıram, ümumi vəziyyətdən danışıram. Hələ burada söhbət yuxarı səviyyədə olduğu deyilən bir liseydən gedir. Liseylərdə ümumi səviyyə orta məktəblərdən yuxarıdır. Mən əminəm, bu cinayəti törədən yeniyetmə mütləq meyxanaya qulaq asır, mütləq “Kurtlar vadisi” serialını izləyir, mütləq mütaliədən uzaqdır, ömründə heç vaxt kitab sərgisinə getməyib, heç vaxt ciddi bir hekayə oxumayıb. Ən vacibi təhsilin nə olduğunu o uşağa başa sala bilməyiblər. Bu hadisə evdə valideynin verdiyi tərbiyənin, məktəbdə müəllimin verdiyi təhsilin anormallığının göstəricisidir. Bu bir sos siqanalıdır. Bir az əvvəl Sumqayıtda bir şagird o birini bıçaqlamışdı, başqa bir məktəbdə uşaq özünü pəncərədən atmışdı. Zaman-zaman boulinqlər haqda eşidirik, pozğun hərəkətlər haqda eşidirik, TikTok-da bəzən azyaşlıların hərəkətini görürsən, deyirsən, bunlar harda böyüyüb, harda tərbiyə alıb. Bir müəllim dostum vardı, deyirdi, məktəbin yuxarı sinflərində oxuyan şagirdilər Məmati kimi qollarını və ayaqlarını geniş açaraq yeriyirlər (“Kurtlar vadisi” serialının qəhrəmanı-red.).

Belə kiriminal hadisələr dünyanın hər yerində olur, Ancaq Azərbaycanda kütləvi xarakter alıb. Çünki mühit özü bu cürdür. Bünövrə düzgün qoyulmayıb. Təhsil həm siyasiləşir, həm kriminallaşır, həm dolayısı ilə bir rüşvət mexanizmi kimi işləyir... Məktəb direktorlarını razı salmalısan ki, sənə “qaib” yazmasın və sən hazırlıqlara gedə biləsən. Əgər orta məktəblərin verdiyi təhsillə heç kim ali məktəbə qəbul ola bilmirsə, o zaman bu qdər xərc-xəsarat nəyə lazımdır? Elə birbaşa repetitr yanına getsinlər də. Səbəblər çoxdur. Bir verilişə sığmayacaq dərəcədə. Müəllimi cəmiyyətdə onun özünün günahı olmadan hörmətdən salan səbəblər... Mən indi SSRİ dövründən misal çəksəm, deyəcəklər, sovet nostalgiyası yaşayır. Atatürkə baxaq. Müharibənin qızğın vaxtı maliyyə naziri ondan müəllimlərin maaşı haqda soruşur, deyir, hakimlərin maaşından aşağı olmasın. Tarixən hakimlərin maaşı həmişə yüksək olub ki, rüşvətə meyl etməsinlər və ədalətli qərarlar çıxarsınlar. Dövlətin ən yüksək səviyyəsində müəllimlərə bu cür hörmət qoyulmalıdır. Hansısa xidmətə görə birinə-beşinə medal verməklə, təqaüd verməklə, onunu-on beşini irəli çəkməklə iş düzəlmir. Təhsil sistemini bütövlükdə, bütün komponentləri ilə yüksək səviyyəyə qaldırmalıyıq ki, bu cür hadisələr baş verməsin, Azərbaycan məktəbi əsl məktəbə çevrilsin, kriminal əraziyə yox.

Qarabağ separatçılarına hökm oxundu

– Bu məhkəmələrdə diqqətimi çəkən Azərbaycan cəmiyyətinin bir balaca laqeydliyi oldu. Bilmirəm niyə belədir. Düşünmək lazımdır bu barədə. Əslində, bir çox şeylər bilirəm, ancaq əlimdə fakt olmadığı üçün çox açıb-ağartmaq istəmirəm. Amma bütün hallarda – beynəlxalq hüququn münasibətindən asılı olmayaraq, biz özümüz vəziyyəti bilirik. Azərbaycanın vətəndaşları Azərbyacan dövlətinə qarşı silıah qaldırıb. Onun bayrağına qarşı doğrudan da separatçılıq ediblər. Otuz ilə yaxın hətta iddia edilən torpaqlardan əlavə kənar əraziləri işğal altında saxlayıblar. Belə deyək, Azərbaycan xalqına zülm eləyiblər. Həm də təkcə Azərbaycan xalqına deyil, həm də öz xalqına. İndi sülhə doğru inamlı addımlar atdığımız bir vaxtda bunu söyləməkdən çəkinməməliyik. Sülh həm də bir etiraf məqamıdır. Arutunyanların, Köçəryanların törətdiyi faciələr hər iki xalq üçün böyük itkilərlə nəticələndi. Şükür, bu gün günahkarların bir qismi məhkəmə qarşısındadır.Cəzasızlıq mühiti çox pisdir. Quldurlar yetişdirir, qudurmuş insanlar yetişdirir, onlar bəşəriyyətə zaman-zaman zərərlər vururlar və getdikcə böyüyür, ziyanların həcmini də böyüdürlər, daha böyük fəlakətlər törədirlər. Ona görə cəza mütləqdir. Biz indi belə bir ədalətli cəzanın şahidiyik. Gəncəyə, Bərdəyə, dinc sakinlərin yaşadığı məhəllələrə istifadəsi qadağan olunmuş raketlər atan insanlar bu gün Azərbaycan məhkəməsinin qarçısında dayanıblar. Bunun üçün Tanrıya şükür eləməliyik. Arzulayırıq ki, bütün günahkarlar, bizim öz içimizdə olanar da daxil olmaqla, bir gün haqq-ədalət qarşısında cavab versinlər.

Ədəbiyyat gündəmimiz...

– Son günlər ədəbiyyat və ədəbiyyatçılarla da bağlı mətbuatda maraqlı məlumatlar getdi. Bunun biri üzvlük haqqına görə, bəzi şair-yazıçıların Birlik sıralarından çıxarılması oldu. Bu elə böyük bir məbləğ də deyil. Buna görə bu cür cəza tətbiq eləmək mənə qəribə gəldi. Ancaq ictimai birlikdir, öz işləridir, mən o qədər də qarışmıram. Sadəcə yazıçılara belə totalitar münasibət mənə çatmır. Yazıçıdır, üzvlük haqqını verməyib verməyib də. Yazıçılar Birliyinin yüksək bir elitası var ki, birlik hesabına milyonlar qazanıb, o kazıb yazçıların yerinə üzvülük haqqını keçirsin. Əlli ev alan, təqaüd alan, özünə hər cür şərait yaradan, gündə bir layihə işləyən adamlar var.

Bundan əlavə, Anar müəllim, nəhayət, Yazıçılar Birliyinin sədri postundan gedəcəyini bəyan elədi. Sən demə, 40 ilinin tamam olmasını gözləyirmiş. Həvəsə baxın insanda! Üst-üstə bütün AYB sədrləri qədər işləyib. Səməd Vurğundan tutmuş Süleyman Rəhimova, İsmayıl Şıxlıya qədər bütün sədrlərin ümumi stajı təkcə Anar müəllim stajına çatmır. Əslində, mən onun getməsini istəmirəm. Səmimi deyirəm. Qırx il işləmisənsə, daha nəyə gedirsən. Çox gecdir.

Hörmətli akademik Nizami Cəfərovun da maraqlı bir açıqlaması oldu ki, yazıçı küçədə kitab satmamlıdır, sata bilməz. Sözün bir az da Kəramət Böyükçölə toxunduğunu gördük. O da cavab verdi ki, küçələri də mənə çox görürsünüz. İncə bir məqam var burda. Azərbaycanda kitab industriyası qurulmayıb. Nizami müəllim özü bu sistemin içində olub, Bakı Dpvlət Univeritetində uzun müddət dekanı işləyib, Milli Məclisin deputatı olub, Mədəniyyət Komissiyasının sədri olub, hazırda da tanınmış ictiami-siyasi xadimdir, Atatürk Mərkəzinin rəhbəridir, hər şeydən əvvəl akademikdir. Məhz Azərbaycanda kitab sisteminin qurulması ilə o özü də məşğul olmalı idi. Kitab sistemi qurulmayıb, yazıçıya deyirik ki, küçədə kitab satmamlısan. Əlbəttə, yazıçı küçədə kitab satmamlıdır, bu aydın məsələdir, bunu hamı bilir. Məhəmməd Hadi də əlyazmalarını satmamlı idi. Bunu da bilirik. Amma reallıq başqa şey deyir. Biz 21-ci əsrin dəylərindən danışırıq, vəziyyət isə 19-cu əsrə aiddir. Kitab mağazaları azdır, yayım şəbəkəsi yoxdur. Tiflisin küçələrinə baxın, hər yer kitabdır. Tiflis küçələri çaxır və kitabdan ibarətdir. Azərbaycanda kitablar müəyyən yerlərə sanki həbs olunub. Mən Bakı Kitab Mərkəzinə gedəndə elə bilirəm kitab muzeyinə gəlmişəm. Sanki kitablar yalnız baxmaq üçündür. Adam özünü kitabla iç-içə hiss etmir. İndi biz “Qanun” nəşriyyatında oxucunun kitabla iç-içə olduğu bir mağaza yaratmışıq. “Əli və Nino”nun da bu cür mağazları var. Başqa bir neçə mağaza da var. Amma bunların sayı çox azdır. Eyni zamanda, yayım şəbəkəsi yoxdur. Yayım şəbəkəsi olmadığı üçün mağazalarla nəşriyyatlar adekvat işləyə bilmir. Mağazalar obyektiv səbəblərdən kitab satışından götürdüyü faizin üstünə nəşriyyatın da faizini gəlsək, yazıçıya heç nə qalmır. Belə bir vəziyyətdə kitabla yaşayanlar məcburdur ki, özləri satsınlar, satışını özləri təşkil eləsinlər. Heç bir yazıçı küçədə kitab satmaq istəməz, bunun hamısı əlacsızlıqdandır və sistemin olmamasından irəli gəlir. Mən burdan Nizami Cəfərov da daxil olmaqla bizim tanınmış çəxslərə, böyük elm və mədəniyyət adamlarına və aidiyyatı qurumlara bir daha səslənirəm, Azərbaycanda kitab industriyasını qurmaq lazımdır. Kitab strateji bir məsələdir. Böyük qələbələrin ardınca kitab mədəniyyəti gəlmirsə, o qələbələr heç vaxt əbədi ola bilməz.

Bir də bizim gözəl şairimiz, mənim dostum rüstəm Behrudinin yaxşı bir açıqlaması oldu: məmurların qapısında gəzib nəsə istəyən yazıçı gəlib evdə ciddi bir şey yaza bilməz. Azərbaycanda yazıçıların 40 yaşdan sonra gənclik əhvalını qoruya bilməməsi və əvvəlki kimi yaza bilməməsinin əsas səbəblərindən biri də budur. Azərbaycan şərtlərinə görə, yazıçı yazıçılığı ilə özünə yuva qura bilmir, övladlarına şərait düzəldə bilmir. O mütləq kiminsə bığının altından keçməlidir. Və həmin məqamda – tanrının verdiyini bəndənin verdiyinə dəyişdiyin yerdə ədəbiyyat bitir. Mən bu açıqlamaya görə Rüstəm Behrudiyə öz təşəkkürümü çatdırıram. Çox dəqiq bir ifadədəir. Ancaq səbəb təkcə bu deyil. Yazıçını həm də sözün mənfi mənasında siyasətə qoşmaqla, düşərgəsindən asılı olmayaraq, onu öz admına çevirməklə məhv edirlər. Kitab sənayesinin olmaması ilə yazıçını öz oxucundan məhrum eləmişik. Səviyyəsindən və istedadından asılı olmayaraq Azərbaycanda heç bir yazıçının öz kitabı ilə yaşamaq imkanı yoxdur. Ona görə, müəllif məcburdur ki, siyasi hakimiyyətlərə, məmurlara və yaxud hansısa siyasi düşərgəyə boyun əysin, öz idellarının üstünə onun ideallarını gətirsin, beləliklə, yaşaya bilsin. Ədəbiyyat isə öz üzərində başqa heç bir idealı qəbul etmir. Hətta Tanrını da. Çünki əsl ədəbiyyatçı üçün tanrı elə sözün özüdür. Ondan yuxarı heç kim və heç nə ola bilməz. Nəinki hansısa məzmunsuz Azərbaycan məmuru...

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
www.bakupost.az

1Mənbələr