AZ

İran genişmiqyaslı HÜCUMA HAZIRLAŞIR - Əsas hədəflər AÇIQLANDI

İran ABŞ-a qarşı ətraflı hərbi əməliyyat planı hazırlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti yazıb.

Qəzetin məlumatına görə, Tehran münaqişə yaranacağı təqdirdə Yaxın Şərqdəki ABŞ hərbi bazalarına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etməyə hazırdır.

Plan həmçinin ABŞ-ın hərbi qüvvələrinin strateji mövqelərini hədəfə alacaq.

Məlumatda vurğulanır ki, İranın hərbi komandanlığı vəziyyəti yaxından izləyir və hər an cavab tədbirlərini həyata keçirməyə hazırdır./Musavat.com/

Seçilən
13
1
turkustan.az

2Mənbələr