AZ

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,93 ABŞ dolları və ya 1,33% artaraq 70,7 ABŞ dolları olub, bazar mənbələri bildiriblər.
Hərracların nəticələrinə əsasən “Brent” markalı neftin aprel fyuçersləri 71,4 ABŞ dolları səviyyəsində formalaşıb.


Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” neftinin bir barelinin qiyməti 0,92 ABŞ dolları və ya 1,37% artaraq 68,19 ABŞ dolları təşkil edib.


Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.


Məlumata görə, “Azeri Light” neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.


Bu markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda hasil edilir. Layihədə SOCAR-ın payı 31,65% təşkil edir.

Seçilən
2
15
anews.az

10Mənbələr