AZ

Azərbaycandan Avropaya "yaşıl dəhliz" layihəsi - enerji bazarlarının birləşdirilməsi baxımından önəmli strateji addımdır - Avropa İttifaqı

Bakı. Trend:

Azərbaycan və Gürcüstandan Avropaya “yaşıl enerji"nin nəqlininəzərdə tutan Qara dəniz enerji kabeli layihəsi enerji bazarlarınınbirləşdirilməsi istiqamətində mühüm strateji addımdır.

Trend xəbər verirki, bu barədə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilənmeta-tədqiqatda (EU-funded meta-study) qeyd olunur.

“Tbilisidən Rumıniyaya planlaşdırılan sualtı enerji kabelienerji bazarlarının birləşdirilməsi baxımından mühüm stratejiaddımdır. Bu layihə 2025-ci ilin dekabrında ümumi maraq layihələrivə qarşılıqlı maraq layihələrinin ikinci siyahısına (PCI/PMIsiyahısı) daxil edilib. Layihə hər iki enerji sistemininbalanslaşdırılmasına və hər iki tərəfdə daha böyük həcmdə bərpaolunan enerji mənbələrinin inteqrasiyasına töhfə verəcək.Layihənin2030-cu illərin əvvəllərində həyata keçirilməsi gözlənilir. Bununlayanaşı, bu bağlantıdan maksimum istifadə üçün daxili şəbəkələringücləndirilməsi, xüsusilə Rumıniya və Bolqarıstanda 400 kV-luq dahagüclü ötürmə xətlərinin (məsələn, Dobrucada və Dunay üzərindən)inşası zəruridir. Regionda bu bazarlarla fiziki əlaqələrinreallaşdırılması üçün iri miqyaslı enerji obyektlərinin qurulmasınaimkan verən zəruri logistika infrastrukturu da inkişaf etdirilir”,– tədqiqatda qeyd olunur.

Analitiklər qeyd edirlər ki, Gürcüstanda Batumi və Potilimanlarının modernləşdirilməsi, eləcə də dərin dəniz limanı olanAnakliyanın dirçəlişi strateji olaraq sualtı kabelin çəkilməsi vəbərpa olunan enerji layihələrinin icrası üçün tələb olunan ağıravadanlıqların qəbulunun təmin edilməsinə yönəlib.

“Analoji logistik hazırlıq Qara dənizin Avropa sahillərində dəformalaşır. Burada Bolqarıstan və Rumıniya Konstansa və Varnalimanlarını modernləşdirirlər. Bu qovşaqları ağır yüklər üçünkörpülər və dəniz külək enerjisi komponentləri üçün ixtisaslaşmışanbar gücləri ilə təchiz etməklə, həmin ölkələr enerji bazarlarınıbirləşdirəcək fiziki dəhlizlərin tikintisi üçün zəruri olansinxronlaşdırılmış sənaye ekosistemini formalaşdırırlar”, – sənəddəvurğulanır.

Xatırladaq ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan,Gürcüstan, Rumıniya və Macarıstan arasında Gürcüstanın Qara dənizsahillərindən Rumıniyanın Qara dəniz sahillərinədək elektrikkabelinin çəkilməsi haqqında saziş imzalanıb.

Saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavattgücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşasıgözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl elektrikenerjisi"nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və dahasonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçünnəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl enerji"tədarükünü təşkil etməyə imkan verəcək.

2024-cü ilin sentyabrında Rumıniyanın elektrik enerjisininötürülməsi sistemi operatoru Transelectrica, Gürcüstanın operatoru"Georgian State Electrosystem", Azərbaycanın enerji şirkəti"AzerEnerji" və Macarıstanın enerji şirkəti MVM Qara dənizin dibiilə sualtı kabelin çəkilməsi məqsədilə birgə şirkət təsisediblər.

Məqalədə:
Seçilən
28
1
az.trend.az

2Mənbələr