AZ

Avropa Putinlə danışıqlar üçün nümayəndə axtarır

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, “La Repubblica” nəşrinin məlumatına görə, bu məsələ fevralın 5-də Parisdə Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen və Avropa Şurasının (AŞ) sədri Antonio Kosta arasında görüş zamanı müzakirə edilib. “Bu təşəbbüsün əsas səbəbi Avropa liderlərinin Moskva ilə təmasların ABŞ-dən tamamilə asılı ola biləcəyi barədə artan narahatlığıdır. Brüssel Ukraynada müharibəyə son qoymaq məsələsində danışıqlar aparmaq üçün kifayət qədər siyasi nüfuza malik öz fiquruna sahib olmağa çalışır”, – qəzet yazır. Qəzetin iddiasına görə, Sauli Niinistö bu vəzifə üçün favorit namizəd sayılır. Onun təhlükəsizlik sahəsində böyük təcrübəsi, Rusiya ilə münasibətlərin xüsusiyyətlərini dərindən dərk etməsi, rus dilini bilməsi üstünlük kimi qiymətləndirilir.

Lavrov: “Rusiyanın Avropa ilə gizli ünsiyyəti var”

Adı çəkilən digər namizədlər arasında İtaliyanın keçmiş baş naziri Mario Draqi və Almaniyanın sabiq kansleri Angela Merkel də var. Lakin Draqi indi Aİ-nin iqtisadi rəqabətə davamlılıq planının hazırlanması ilə məşğuldur. Müzakirələrdə adı çəkilsə də, Rusiya qazı ilə bağlı keçmiş siyasətinə görə Merkelin şanslarının aşağı olduğu hesab edilir və o, hazırda ciddi tənqidlərə məruz qalır. Xatırladaq ki, 2012–2024-cü illərdə Finlandiya prezidenti vəzifəsini tutmuş Sauli Niinistö Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi zamanı ölkəsinin təhlükəsizlik siyasətinin formalaşmasında fəal rol oynayıb. O, eyni zamanda açıq şəkildə bəyan edib ki, Avropa Rusiya ilə birbaşa dialoqu davam etdirməlidir. Aİ orqanları tərəfindən yeni vəzifənin yaradılması ilə bağlı rəsmi təsdiq yoxdur, lakin Parisdəki müzakirələr Avropanın öz diplomatik səylərini gücləndirmək üçün ciddi niyyətindən xəbər verir. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

2Mənbələr