Bakı-Qazax avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Sürücünün diqqətsizliyi səbəbindən "Mercedes" markalı yük avtomobili yol kənarında dayanan digər yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.