AZ

Cənubi Azərbaycan qan içində boğulur KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranda etirazçılara tibbi yardım göstərən həkimlər ağır təzyiqlərlə üzləşir.

KONKRET.az xəbər verir ki, Qəzvindən olan cərrah Əlirza Qolçini “Allaha qarşı müharibə aparmaq” ittihamı ilə həbs edilib.

Saxlanılarkən döyülüb və ağır xəsarətlər alıb.

Ərdəbildən həkim Amene Süleymani evində aparılan axtarışdan sonra tutulub. Onun yeganə “günahı” yaralı etirazçılara yardım etmək olub. Ailəsi onun harada saxlanıldığını bilmir.

Amene Süleymani

Gorqandan cərrah Fərhad Nədali də yaralıları müalicə etdiyi üçün saxlanılıb. Onun taleyi naməlumdur. O, aksiya zamanı güllə yarası alan üzgüçülük üzrə İran çempionu Arnika Dabbağın həyatını xilas etməyə çalışmışdı.

Təcili tibbi yardım həkimi Babək Purəminə isə yaralıları xilas etdiyinə görə cinayət işi açılıb. Hakimiyyət həkimlərdən yaralıların identifikasiya məlumatlarını tələb edir. Mütəxəssislərə görə, bu təzyiqlər artan sosial narazılıq fonunda cəmiyyəti qorxutmaq məqsədi daşıyır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
konkret.az

2Mənbələr