AZ

Dövlət qurumu eyni şirkətlə 6,1 milyon manatlıq 3 müqavilə imzaladı

 İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən informasiya-kommunikasiya texnologiyaları sahəsində müxtəlif xidmətlərin satın alınması üzrə satınalmalar həyata keçirilib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət ümumi dəyəri 6 100 000 manat olan 3 müqaviləni "Bir mənbə" metodu ilə imzalayıb. Bütün satınalmaların icraçısı İqtisadiyyat Nazirliyinin tabeliyində olan "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-dir.

İmzalanan müqavilələr aşağıdakı kimidir:

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində xidmətlərin satın alınması – 4 000 000 manat.

Ünvan Reyestri İnformasiya Sisteminin dəstəklənməsi – 1 100 000 manat.

Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminin texniki dəstəklənməsi xidmətinin satın alınması – 1 000 000 manat.

Seçilən
18
fed.az

1Mənbələr