AZ

Polşa Ukrayna ilə sərhəddə hava məkanını bağladı

Bakı. Trend:

Polşa cənub-şərq sərhədlərində hava məkanını artıq bir neçəsaatdır ki, bağlayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu “FlightRadar24” məlumatları əksetdirir.

Hava məkanının bağlanma səbəbi hələlik açıqlanmır.

Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X”səhifəsində Rusiyanın Ukraynadakı aktivliyi fonunda Polşaqırıcılarının havaya qaldırıldığını bildirib. Həmçinin havahücumlarından müdafiə və radiolokasiya kəşfiyyatı vasitələri döyüşhazırlığı vəziyyətinə gətirilib.

Polşalı hərbçilər əmin edirlər ki, bu tədbirlər preventivxarakter daşıyır və ölkə sərhədlərinin təhlükəsizliyinin təminolunmasına yönəlib.

Xatırladaq ki, yanvarın 28-də naməlum pilotsuz uçuş aparatıPolşa hərbi bazasının ərazisində yerləşən silah-sursat anbarıyaxınlığında yerə düşmüşdü.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr