AZ

Gözəllik salonuna qumbara atılıb

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

AzVision.az Fransanın “ici” tele-radio şirkətinin məlumatına istinadən xəbər verir ki, hadisə Qrenobl şəhərində törədilib. “Naməlum kişi və onun cinayət ortağı yerli gözəllik salonuna daxil olaraq içəriyə qumbara atıblar. Partlayış nəticəsində vitrin dağıdılıb, biri uşaq olmaqla 6 nəfər yaralanıb”, - xəbərdə deyilir. Bundan sonra hadisəni törədənlər oradan qaçıblar. Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Cinayəti törədənlərin kiçik gücə malik və az sayda partlayıcı komponentləri olan əldəqayırma qumbaradan istifadə etdikləri bildirilir. Sahil İsgəndərov

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
azvision.az

1Mənbələr