AZ

Səudiyyə səhralarında yenilik: dəvələr üçün dövlət pasportu

Səudiyyə Ərəbistanında heyvandarlıq sahəsində maraqlı və qeyri-adi yenilik həyata keçirilib.

Hakimiyyet.az xəbər verir ki, ölkə hökuməti yerli dəvələr üçün rəsmi dövlət pasportu sistemini tətbiq edib.

Yeni sənəd hər bir heyvanın sağlamlıq vəziyyətinin izlənməsi və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi daşıyır.

Məlumata görə, “dəvə pasportu”nda heyvanın identifikasiya məlumatları, cinsi, sahibi, həmçinin peyvənd və tibbi müayinələrlə bağlı qeydlər əks olunacaq. Bu isə baytarlıq nəzarətini mərkəzləşdirilmiş şəkildə aparmağa imkan verəcək.

Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyində bildirilib ki, yeni sistem heyvandarlıq sektorunda idarəetmənin səmərəliliyini artırmaqla yanaşı, seleksiya prosesini də asanlaşdıracaq. Rəsmilər hesab edirlər ki, pasportların tətbiqi dəvəçilik təsərrüfatlarında məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərəcək.

Qeyd olunur ki, xüsusilə böyük dəvə populyasiyasına malik regionlarda bu mexanizm xəstəlik risklərinin vaxtında aşkarlanması baxımından mühüm rol oynayacaq.(musavat)

Seçilən
5
3
hakimiyyet.az

4Mənbələr