AZ

ABŞ Ukraynaya hərbi texnika ehtiyat hissələrinin verilməsini təsdiqlədi

BAKI, TurkicWorld

ABŞ Dövlət Departamenti Ukraynaya 185 milyon dollarlıq hərbi ehtiyat hissələrinin verilməsini təsdiqləyib.

TurkicWorld-un məlumatına görə, bu barədə hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükündən məsul olan Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi bildirib.

Qeyd edilib ki, bundna öncə Kiyev ABŞ-dən nəqliyyat vasitələri və silah sistemləri üçün ehtiyat hissələri də daxil olmaqla müxtəlif logistik dəstək istəmişdi.

"Ümumi qiyməti 185 milyon dollar təşkil edir", - deyə sənəddə bildirilib.

Seçilən
22
1
turkic.world

2Mənbələr