AZ

Sümüklərə və ürəyə təsiri var, amma… - Rusiyalı həkimdən pivə ilə bağlı maraqlı açıqlama

"Pivə sağlamlıq üçün faydalı ola bilər, lakin bu, yalnız ciddi şəkildə məhdud miqdarda istehlak edildiyi halda mümkündür".
 
Bu barədə rusiyalı həkim-terapevt Qalina Kreliç Gazeta.ru nəşrinə müsahibəsində danışıb.
 
Onun sözlərinə görə, pivənin tərkibində mayaotu mövcuddur və bu bitki təbii antioksidant hesab edilən ksantohumol maddəsini ehtiva edir. Bir sıra tədqiqatlar göstərir ki, bu maddə orqanizmin kanserogenləri neytrallaşdırmasına kömək edə bilər. Lakin mütəxəssis pivənin dərman kimi qəbul edilməsinin düzgün olmadığını vurğulayıb:
 
"Pivəni özünüz üçün müalicə vasitəsi hesab etməyə tələsməyin. Onun mümkün müsbət təsiri yalnız ciddi nəzarət olunan və məhdud istehlak zamanı özünü göstərə bilər", - deyə Qalina Kreliç bildirib.
 
Mütəxəssisin sözlərinə görə, pivənin tərkibində B qrupu vitaminləri və C vitamini mövcuddur. Bunlar maddələr mübadiləsində iştirak edir və sinir sisteminin fəaliyyətini dəstəkləyir. Həmçinin gündə 1-2 stəkan pivə silikon tərkibi sayəsində kişilərdə sümüklərin mineral sıxlığının artmasına müsbət təsir göstərə bilər.
 
"Mayaotunda olan polifenollar potensial olaraq ürək-damar sisteminə faydalı təsir göstərir və bəzi xəstəliklərin riskini azalda bilər. Bundan əlavə, pivənin tərkibində digər antioksidantlar da mövcuddur. Xüsusilə staut kimi tünd pivələr bu maddələrlə daha zəngindir", - deyə Kreliç əlavə edib.
 
Bununla yanaşı, pivənin həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risklər yaradır və mümkün faydaları əhəmiyyətli dərəcədə üstələyir. Orta dozaların müntəzəm olaraq aşılması çəkinin artmasına, maddələr mübadiləsinin pozulmasına, arterial təzyiqin yüksəlməsinə, qaraciyər problemlərinə və hormonal disbalansa səbəb ola bilər. /Oxu.az/
 
Seçilən
3
1
moderator.az

2Mənbələr