AZ

“Real” və “Bavariya”nın sabiq futbolçusunun yeni klubu BƏLLİ OLDU

“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqesin yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasına ABŞ-də davam edəcək.

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Xames “Minnesota” ilə anlaşıb. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kolumbiya millisinin üzvü “Real”, “Bavariya”, “Everton”, “Portu” kimi klublarda oynayıb. O, sol olaraq Meksika “Leon”unda çıxış edib.

Bizim.Media

Seçilən
41
bizim.media

1Mənbələr