AZ

Hindistanda yeni ənənə: İnsanlar qorxu içində timsahlara ibadət etməyə başladılar

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistanın Odişa ştatında, Bhitarkanika Milli Parkı ərazisində yerləşən kəndlərin sakinləri timsahlara ibadət etməyə başlayıblar.

Oxu.Az bildirir ki, bu barədə "Kalinga TV" məlumat yayıb.

Məlumata görə, son on il ərzində bölgədə timsahların sayı əhəmiyyətli dərəcədə artıb. Milli park ərazisi onlara kifayət etmədiyi üçün timsahlar kəndlərin yaxınlığındakı çaylara, dərələrə və gölməçələrə köçür, nəticədə insanlara və mal-qaraya hücum hallarının sayı artır. Əvvəlcə yerli sakinlər vəziyyətə hökumətin müdaxilə edəcəyinə ümid etsələr də, problemlər daha da dərinləşib. Bu səbəbdən qorxu içində yaşayan insanlar dini rituallara üz tutublar.

Hər il Aqni Utsav Purnima bayramı zamanı yüzlərlə qız çay sahilində toplaşır. Onlar gildən timsah fiqurları düzəldərək onlara dua edir və ibadət edirlər. Yerli sakinlərin sözlərinə görə, bu ənənə yaranandan sonra timsahların insanlara hücumu qeydə alınmayıb və heç kim xəsarət almayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
1
oxu.az

2Mənbələr