AZ

Rusiya ABŞ-nin Zaporoje AES ilə bağlı təklifini rədd etdi

BAKI, 7 fevral. TELEQRAF

Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya tərəfi ABŞ-nin Zaporoje Atom Elektrik Stansiyasına (AES) tam nəzarət təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Təklifə görə, Vaşinqton AES-i idarə edəcək və stansiyada istehsal olunan elektrik enerjisini Rusiya və Ukrayna arasında böləcəkdi.

Lakin Rusiya nümayəndə heyəti stansiyanın tam nəzarətinin Moskvada qalmasını tələb edib. Eyni zamanda, danışıqlarda Ukraynaya ucuz elektrik enerjisi təklif olunub, amma Kiyev bu şərtləri qəbuledilməz sayır.

Seçilən
36
teleqraf.com

1Mənbələr