AZ

“Saudia Airlines” 150 təyyarə almağı planlaşdırır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 7 fevral, AZƏRTAC

“Saudia Airlines” şirkəti çox sayda təyyarə almaq üçün “Boeing” və “Airbus” şirkətləri ilə danışıqlar aparır.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, 150 ədəd müxtəlif tipli hava gəmisinin alınması nəzərdə tutulur. Məqsəd həm parkı yeniləmək, həm də təyyarə sayını artırmaqdır.

“Saudia Airlines” 2024-cü ildə 30 ədəd “Boeing” və 80 ədəd “Airbus” sifariş verib. 80 yaşlı şirkət bu dəfə tarixinin ən böyük sifarişini verməyə hazırlaşır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
2
azertag.az

3Mənbələr