AZ

Qərbi Azərbaycan Xronikası: "Biz Göyçəyə qayıdacaq, gözəl dağlarımızı, bulaqlarımızı görəcəyik"

"Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, "Heç kim inanmırdı ki, sovet vaxtı ermənilər vicdansızlıq edər" adlı veriliş Göyçə mahalı, Basarkeçər rayonu, Yuxarı Şorca kənd sakini Şakir Mikayılovun həyat hekayəsinə həsr olunub.

O, 1955-ci ildə anadan olduğunu, uşaqlıq, məktəb, gənclik və müəllimlik illərinin kənddə keçdiyini söyləyib: "Füsünkar təbiəti olan kənd dağlıq ərazidə yerləşdiyinə görə bütün fəsillər gözəl olurdu. Uşaqlığımız həmişə çox yaxşı keçib. Kənddəki Alban qəbiristanlığını ermənilər öz adlarına çıxırdılar. Kəndimiz qədim türk torpağıdır, toponimlərin hamısı Azərbaycan adları idi. Orada qeyri-millətin adına rast gəlinmirdi".

Ş.Mikayılov doğma yurda qayıdış istəyini də ifadə edib: "Kəndimiz Azərbaycanla sərhəd olduğuna görə ermənilər dağıdıblar. O kəndin icma sədri kimi, camaatla görüşürəm, hamısı qayıtmaq eşqi ilə yaşayır. Biz doğma yurdumuza xor baxmadıq, mütləq qayıdacağıq. Hətta nəvəm də deyir ki, baba, məni də apararsan. İnşallah, vaxt gələcək, biz Göyçəyə qayıdacaq, gözəl dağlarımızı, bulaqlarımızı görəcəyik".

Daha ətraflı linkdə:

Qərbi Azərbaycan Xronikası: "Biz Göyçəyə qayıdacaq, gözəl dağlarımızı, bulaqlarımızı görəcəyik"
Seçilən
44
1
far.az

2Mənbələr