AZ

Yumurtanı illərdir səhv bişirmişik Belə etmək lazım imiş

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Yumurtanı bişirmək ilk baxışdan çox sadə iş kimi görünsə də, mütəxəssislərin son araşdırmaları tam fərqli məqamları üzə çıxarıb. Sən demə, illərdir mətbəxdə vərdiş etdiyimiz üsulların bir çoxu bu zəngin qidanı faydasız hala gətirirmiş. Hətta bəzi hallarda yanlış bişirmə qaydası yumurtanın tərkibindəki ən vacib vitaminləri belə tamamilə məhv edir.Demokrat.az xəbər verir ki, Əsas məsələ yumurtanı qazın üstündə nə qədər saxladığımızla bağlıdır. Çoxumuz sarısının tam bərkiməsini gözləyirik, lakin həmin o sarının ətrafında yaranan boz-yaşıl təbəqə əslində xəbərdarlıqdır. Bu rəng dəyişikliyi dəmir və kükürdün reaksiyaya girdiyini, nəticədə orqanizm üçün faydalı olan elementlərin sıradan çıxdığını göstərir. Dietoloqlar bildirir ki, yumurtanın ən şəfalı halı sarısının azca axıcı, yəni yarıbişmiş vəziyyətdə olduğu andır.Yağda yumurta sevənlər üçün də vəziyyət fərqlidir. Yüksək odda, kərə yağını yandıraraq bişirilən yumurta bütün protein dəyərini itirir. Bunun əvəzinə qazı azaltmaq və imkan daxilində zeytun yağından istifadə etmək daha məsləhətdir. Üstəlik, yumurtanı sadəcə duzla deyil, bir neçə dilim bibər və ya bir az cəfəri ilə birlikdə yemək orqanizmin dəmiri mənimsəməsini bir neçə dəfə sürətləndirir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
demokrat.az

1Mənbələr