AZ

Vəfat edən 10 günün əsgəri Coşqun Sadıqovun ağır vərəm xəstəsi olduğu bildirilir

Vəfat edən 10 günün əsgəri Coşqun Sadıqovun ağır vərəm xəstəsi olduğu bildirilir

Xəbər verildiyi kimi, Müdafiə Nazirliyinin əsgəri Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda vəfat edib.

AFN.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev öz feysbuk hesabında paylaşım edərək onun vərəm xəstəsi olduğunu bildirib.

O qeyd edib ki, Coşqun atasız olub, özü də vərəmdən əziyyət çəkirmiş: “Vərəm xəstəsini minlərlə şəxsi heyətin olduğu hərbi hissəyə göndərmək böyük risklər vəd edir. Əgər əsgər xəstə idisə, hərbi xidmətə niyə göndərilib, hərbi hissə niyə xəstə əsgəri geri qaytarmayıb, yox əgər əsgər sağlam idisə, niyə 10 gün ərzində xəstələndi və dünyasını dəyişdi? Bütün suallara cavab tapılmalı, günahkarlar qanun çərçivəsində cəzalanmalıdır”.

Hərbi bloger Tofiq Şahmuradov isə bildirib ki, C.Sadıqovun yaxınları onunla əlaqə saxlayıblar: "Atası yoxdur, anası böyüdüb. 25 yaşı olub, ağır vərəm xəstəsi imiş. Bir neçə dəfə xəstəliyinə görə həyati təhlükə yaşıyıb və bu səbəbdən 7 il hərbi xidmətə aparılmayıb.

Buna baxmayaraq, bu çağırışın son günlərində qəfil göndərilib. Belə ağır vərəm xəstəsi yüzlərlə əsgərin içinə necə göndərilib? Bu, orduya qarşı böyük təxribatdır, vərəm xəstəliyi keçicidir. İnsanlar yoluxa bilər. Əsgər xidmətə gedəndən 4-5 gün sonra vəziyyəti ağırlaşıb, xəstəxanada vəfat edib”.

Quru Qoşunlarında xidmət edən C.Sadıqov vəfatından 10 gün əvvəl - yanvarın 26-da hərbi xidmətə gedibmiş.

Seçilən
97
2
afn.az

3Mənbələr