AZ

Zelenski öldürüləcək, Ukrayna parçalanacaq! Simonyan

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün taleyi ilə bağlı fikirlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında danışıb.

Simonyanın sözlərinə görə, Zelenski nəzəri olaraq ölüm cəzası ilə üzləşə bilər. Lakin Rusiyada bu cəza növünə moratorium tətbiq edildiyi üçün ən ağır mümkün hökmün ömürlük həbs cəzası ola biləcəyini də bildirib. O qeyd edib ki, bu yanaşma Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müddəalarına əsaslanır.

Bundan əlavə, Simonyan Ukraynanın gələcəyi ilə bağlı da proqnoz irəli sürüb. Onun fikrincə, ölkə iki mümkün ssenari ilə üz-üzədir: ya Ukrayna parçalanacaq, ya da Rusiyanın “xüsusi hərbi əməliyyat” adlandırdığı prosesin nəticəsində Avropanın təsir dairəsində olan dövlətə çevriləcək.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
globalinfo.az

1Mənbələr