AZ

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

Bakı, 7 fevral, AZƏRTAC

İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “San Siro” stadionunun mərkəzində İtaliyanın tarixini və gələcəyini simvolizə edən vizual şou təqdim olunub. Sonra İtaliyanın Dövlət Himni ifa edilib və bu an stadionun üzərində nəhəng üçrəngli (yaşıl, ağ, qırmızı) atəşfəşanlıq baş tutub.

Ardınca idmançıların paradı keçirilib. Komandamız tamaşaçıların önündən 92 ölkə arasında 11-ci keçib.

Bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.

Parad zamanı milli komandalar müəyyən edilmiş ardıcıllıqla stadiondan keçib. Parad ənənəyə uyğun olaraq, Yunanıstanla başlayıb. Ev sahibləri arenaya mərasimin sonunda daxil olublar.

Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyir.

XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda yarışacaqlar. “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Seçilən
29
2
azertag.az

3Mənbələr