AZ

Vahid Ələkbərov çətin vəziyyətdə: Daha bir zərbə gəldi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-ın ötən payız “Lukoil” şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar Rusiya neft nəhənginin taxıl ticarəti biznesinə daxil olmaq planlarını əngəlləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, “Lukoil” ötən il kənd təsərrüfatı bazarına çıxmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərində Teruva FZCO adlı şirkət yaradıb. Yay aylarında layihə çərçivəsində komanda formalaşdırılıb və təcrübəli taxıl treyderləri işə cəlb edilib.

Lakin ABŞ sanksiyalarından sonra layihə ciddi çətinliklərlə üzləşib. Mənbələrin bildirdiyinə görə, məhdudiyyətlər bank əməliyyatlarına və potensial tərəfdaşlarla əməkdaşlığa mənfi təsir göstərib. Nəticədə, “Teruva FZCO”un fəaliyyəti 2025-ci ilin sonuna qədər dayandırılıb və ticarət əməliyyatları heç vaxt başlamayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 23 oktyabr 2025-ci ildə “Lukoil” də daxil olmaqla Rusiyanın iki iri neft şirkətinə qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar bu şirkətlərin nəzarətində olan bütün qurumlara, eləcə də “Lukoil”in birbaşa və ya dolayı yolla 50 faiz və daha çox paya sahib olduğu şirkətlərə şamil olunub.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
globalinfo.az

1Mənbələr